h%C9%99mas 900x507 2

Almaniya Federal Prokurorluğu HAMAS-ın ehtimal olunan 7 üzvünə qarşı ittiham irəli sürüb. Onlar 7 oktyabr 2023-cü il hücumlarının ikinci ildönümü ərəfəsində Berlin və Vyanada terror aktları hazırlamaqda ittiham olunurlar.

Globalinfo.az bildirir ki, hədəflər arasında İsrail nümayəndələri, yəhudilər və onlara tərəfdar şəxslər olub.

Hücumların qarşısı alınıb. Şübhəlilərdən silah-sursat, o cümlədən avtomat, 13 tapança və 700-dən çox patron aşkarlanıb.

HAMAS isə saxlanılan şəxslərlə əlaqəsini rədd edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: