Hakan Fidan Ukraynaya dəvət edildi

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanı Ukraynaya səfərə dəvət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

“Bu gün xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı aparıb. Söhbət zamanı həmkarı nazir Fidanı yeni təyinatı münasibətilə təbrik edib və Ukraynaya səfərə dəvət edib. Söhbət zamanı Ukraynada baş verən hadisələr də müzakirə olunub”, – deyə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.