4f450a20 d78c 421f b46e 6a823a4a5e31 1

“Rəqibin keyfiyyəti bu oyunda özünü göstərdi”.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri “Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində “Borussiya Dortmund”la keçirilən matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, “Sabah” Almaniya təmsilçisinə qarşı yaxşı çıxış edib:

“Oyunun son saniyəsinə qədər mübarizə apardıq. Komandamla qürur duyuram. Futbolçular əllərindən gələni etdilər. Lakin rəqibin səviyyəsini xüsusi vurğulamalıyam. Belə klublara qarşı oynamaq bizim üçün böyük təcrübədir. Daha yaxşı komanda qalib gəldi.

Unutmayaq ki, “Borussiya Dortmund” Almaniyanın iki aparıcı klubundan biridir və Avropanın ən güclü komandaları sırasında yer alır. Bura Çempionlar Liqasıdır. Bu turnirdəki oyun sürətinə uyğunlaşmaq və adaptasiya olmaq çox çətindir”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Almaniya təmsilçisinin 1:2 hesablı qələbəsi ilə başa çatıb.

Paylaş: