h%C9%99rbci

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Aktiv Əməliyyatlar Departamentinin “Group 10” bölməsi Sumı vilayətində keçirdiyi reyd zamanı 29 rusiyalı hərbçini əsir götürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” nəşri departamentin açıqlamasına istinadən xəbər yayıb.

Ukrayna hərbçilərinin iddiasına görə, əməliyyat zamanı Rusiya tərəfi 108 nəfər ölü və 157 nəfər yaralı olmaqla itki verib.

Məlumata əsasən, Ukrayna hərbi kəşfiyyatının xüsusi təyinatlıları əməliyyat çərçivəsində 1100-dən çox hədəfi vurublar. Hədəflər arasında pilotsuz uçuş aparatlarının idarəetmə və buraxılış məntəqələri, artilleriya sistemləri, avtomobil texnikası, eləcə də mühəndis istehkam qurğuları olub.

Təxminən yeddi həftə davam edən əməliyyat iki mərhələdə həyata keçirilib. Ukrayna tərəfinin məlumatına görə, xüsusi təyinatlılar 600 hektardan çox meşə ərazisini Rusiya hərbçilərindən təmizləyərək mövqeləri Ukrayna Müdafiə Qüvvələrinə təhvil veriblər.

foto 2

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: