Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 456 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 146, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 139, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 148, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 23 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 947 492, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 764, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 527, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 399 669, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 532 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

X X X

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 37 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 395 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 145 nəfər müalicə olunaraq sağalıb, 10 105 nəfər vəfat edib, aktiv xəstə sayı 145 nəfərdir.

Ölkədə son sutka ərzində 1 695, hazırkı dövrədək isə 7 516 142 test aparılıb.

Azərbaycanda daha 37 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib