
“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasında (APL) 100 qol vuran ən gənc futbolçu olub.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, oyunçu son oyunda 1 qolla fərqlənib.
Martın 15-də “şəhərlilər” 29-cu turda “Brayton”la 2:2 hesabı ilə heç-heçə edib. Haaland “Siti”nin ilk qolunu 11 metrlik cərimə zərbəsindən vurub.
Bununla da o, qolların sayını 84-ə çatdırıb və 16 məhsuldar ötürmə edib. Bu göstəriciyə çatmaq üçün ona 94 matç lazım olub. Əvvəlki rekord İngiltərə yığmasının sabiq futbolçusu Alan Şirerə məxsus idi – 100 matç.
İngiltərə Premyer Liqasının (APL) cari mövsümündə 29 turda 48 xal toplayan “Mançester Siti” 5-ci yerdədir. “Brayton” 47 xalla yeddinci yerdədir. Turnir cədvəlinə 70 xalla “Liverpul” başçılıq edir.