“Qarabağ” “Braqa”nı darmadağın etdi: 6 qol vuruldu

Qarabağ” səfərdə “Braqa”nı 2-4 hesabı ilə məğlub edib.

***

Portuqaliyada “Braqa” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda beşinci qol vurulub.

Globalinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi 69-cu dəqiqədə hesab arasındakı fərqi daha da artırıb – 4:1.

Abdullah Zubir özünün ikinci, “köhlən atlar”ın dördüncü qoluna imza atıb.

***

Portuqaliyada “Braqa” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda dördüncü qol vurulub.

Globalinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi 65-ci dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırıb.

“Köhlən atlar”ın heyətində Olavio Juninyo fərqlənib.

***

Portuqaliyada “Braqa” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üçüncü qol vurulub.

Globalinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi 54-cü dəqiqədə yenidən hesabda önə keçib – 2:1.

Abdullah Zubir adını tabloya yazdırıb.

***

Portuqaliyada “Braqa” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci hissə start götürüb.

Globalinfo.az xəbər verir ki, hələlik hesab bərabərdir – 1:1.

Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç 21-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 44-cü dəqiqədə meydan sahiblərində Simon Banza tarazlığı bərpa edib.

***00:50

Portuqaliyada “Braqa” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

Globalinfo.az xəbər verir ki, tərəflər fasiləyə bərabərliklə yollanıblar – 1:1

21-ci dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç penaltini dəqiq yerinə yetirib. 44-cü dəqiqədə meydan sahiblərində Simon Banza tarazlığı bərpa edib.

***00:46

Portuqaliyada “Braqa” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci qol vurulub.

Globalinfo.az xəbər verir ki, meydan sahibləri 44-cü dəqiqədə tarazlığı bərpa ediblər – 1:1.

Komandanın heyətində Simon Banza fərqlənib.

***00:22

“Qarabağ” matçın 20-ci dəqiqəsində Marko Yankoviçin penaltidən vurduğu qolla hesabı açdı: 1-0.

***00:01

“Braqa” – “Qarabağ” matçı start götürdü.

***

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək “Braqa” və “Qarabağ”ın start heyətləri bəlli olub.

Globalinfo.az xəbər verir ki, komandalar meydan aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Braqa”: 1. Mateus, 2. Viktor Qomes, 15. Paulo Oliveyra, 4. Siku Niakate, 26. Kristian Borxa, 28. Joao Moutinyo, 18. Vitor Karbvalyo, 16. Rodriqo Zalazar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 14. Alvaro Djalo

Baş məşqçi: Artur Jorje

“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün reallaşacaq oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.