Gürcüstanın Ukraynadakı səfiri Giorgi Zakaraşvili ölkəni tərk edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Ölkənin Xarici İşlər Nazirliyi isə bunu təsdiqləyib.
Qeyd edək ki, Prezident Volodimir Zelenski həbsdə olan Ukrayna vətəndaşı, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəziyyətindən narahat olduğunu bildirmiş, Gürcüstanın Kiyevdəki səfirini ölkəni tərk etməyə çağırmışdı.
Tahir Turan
Globalinfo.az