Gürcüstan prezidenti vəzifədən gedə bilər

Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin impiçmenti ilə əlaqədar verdiyi təqdimata yekun rəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, məhkəmə prezidentin hakimiyyətdən icazəsiz xaricə səfərlər edərək ölkə konstitusiyasını pozduğunu bildirib.

Konstitusiya Məhkəməsinin 9 üzvündən 6-sı qərarı dəstəkləyib, 3-ü isə əleyhinə çıxıb.

Bildirilir ki, məhkəmənin qərarından sonra impiçment proseduru parlamentə göndəriləcək. İki həftə ərzində prezidentin impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılması məsələsi səsverməyə çıxarılacaq.

Əliyar Xəlil
Globalinfo.az