Son vaxtlar Azərbaycanda yeni Konstitusiya qəbul olunacağı, bu il ərzində referendum keçiriləcəyi barədə məlumatlar yayılır.
Globalinfo.az APA-ya istinadən bildirir ki, Azərbaycanın hazırkı gündəliyində belə məsələ yoxdur.
Dövlət başçısının sərəncamında “Konstitusiya və Suverenlik ili” nin elan olunmasının səbəbi göstərilib.
Sərəncamda qeyd olunub ki, Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq bu il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib.