Gül toxumundan zəhərləndiyi deyilən qardaşlardan xəbər var

Biləsuvarda gül toxumundan zəhərləndiyi deyilən azyaşlılar KTM-ə gətirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən bildirilib.

“Müəyyən olunub ki, zəhərlənmə faktı yoxdur. Qardaşlarda mədə-bağırsaq pozuntusu olduğu üçün həkim məsləhəti verilib və evə buraxılıblar” – açıqlamada deyilib.

Qeyd edək ki, zəhərlənmə hadisəsi Biləsuvar şəhərində, S.Vurğun küçəsində yerləşən evdə qeydə alınıb. Yaşadıqları evin həyətində əkilən gülün toxumlarını yeyən 10 və 9 yaşlarında olan qardaşlar – 2013-cü il təvəllüdlü Bayramlı Abuzer Məhərrəm oğlu və qardaşı 2014-cü il təvəllüdlü Məhəmməd Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və ilkin tibbi yardım göstərildikdən sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.