Güclü külək əsəcək, yağış yağacaq – Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 12-si günün ikinci yarısından 13-ü gündüzədək şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Globalinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, mayın 12-si axşamdan 13-dək arabir yağış yağacağı gözlənilir.

“Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var”, – məlumatda vurğulanır.