Pensiyalar niyə hələ də hesablara köçməyib?

Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənildiyi, vətəndaşlar pensiyalarını ala biləcəyini bildirib. Amma artıq axşam saatları olmasına baxmayaraq, hələ də pensiyalar kart hesablarına oturmayıb.

Globalinfo.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili məlumat verib.

O deyib ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsinə başlanılıb.

“Proses 24 saat ərzində yekunlaşacaq”, – o bildirib.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.