Güclü külək Astarada fəsadlar törətdi – FOTO

Güclü külək Astarada binanın dam örtüyünü uçurub.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bu gün səhər saat 5-dən başlayaraq Astara rayonunda əsən güclü külək şəhərin Nuru Paşa küçəsində yerləşən 32 mənzilli binanın dam örtüyünü uçurub, ətrafdakı yarımtikililərə ciddi ziyan vurub.

Dam örtüyü binanın qarşısında dayanan Məharət Həsənova məxsus “Mercedes” markalı minik avtomobilinin üzərinə düşüb. Avtomobilə ziyan dəyib.

Güclü külək rayonunun elektrik təsərrüfatına da ciddi ziyan vurub. Görülən qabaqlayıcı tədbirlər nəticəsində şəhər ərazisində enerjinin verilişində fasilələr olmayıb. Dağətəyi kəndlərdə elektrik naqillərinin qırılması, kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Astara İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahverən Cavadov bildirib ki, fəsadlarla bağlı rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri səhər tezdən əraziyə baxış keçirib və bir sıra tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara tapşırıqlar verilib.

Qeyd edək ki, hazırda rayon ərazisində külək qismən səngiyib.

Güclü külək Astarada binanın dam örtüyünü uçurub, digər fəsadlar törədib - FOTO Güclü külək Astarada binanın dam örtüyünü uçurub, digər fəsadlar törədib - FOTO Güclü külək Astarada binanın dam örtüyünü uçurub, digər fəsadlar törədib - FOTO Güclü külək Astarada binanın dam örtüyünü uçurub, digər fəsadlar törədib - FOTO Güclü külək Astarada binanın dam örtüyünü uçurub, digər fəsadlar törədib - FOTO Güclü külək Astarada binanın dam örtüyünü uçurub, digər fəsadlar törədib - FOTO Güclü külək Astarada binanın dam örtüyünü uçurub, digər fəsadlar törədib - FOTO