İraqda yerləşən kürd silahlı qruplaşmaları İran rejim qüvvələrinə qarşı hərbi hücuma keçib.
Globalinfo.az xəbər verir ki, bu barədə “i24News” telekanalı məlumat yayıb.
Nəşrin xəbərinə əsasən, İran Kürdüstanı Siyasi Qüvvələr Koalisiyasının nümayəndəsi bildirib ki, Kürdüstan Azad Həyat Partiyasına (PJAK) bağlı döyüşçülər martın 2-də İranda döyüş mövqelərini tutmağa başlayıblar.
Məlumata görə, minlərlə kürd döyüşçüsü artıq İranın qərbindəki dağlıq ərazilərdə yerləşdirilib və növbəti hərbi əməliyyatlara hazır vəziyyətə gətirilib.
Tahir Turan
Globalinfo.az