ehali

“Oktyabrın 3-ü əvvəlki günlərlə müqayisədə xeyli sakit olacaq. Geoaqnit qasırğalarının meteohəssas insanlara təsiri əhəmiyyətli dərəcədə azalacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutu məlumat yayıb.

“Səhər saat 4:00-dan 10:00-a qədər maqnitosfer K indeksi 4 səviyyəsinə çatacaq. Bu, insan orqanizminə az təsir göstərən geomaqnit aktivliyin “narıncı” səviyyəsidir. Saat 10:00-dan 18:00-a kimi səviyyə  3 ilə 3,5 arasında dəyişəcək. Qalan vaxtda gecə yarısına qədər maqnitosfer K indeksi 4 səviyyəsində qalacaq. Ümumilikdə oktyabrın 3-də maqnit qasırğalarının baş vermə ehtimalı 41 faiz təşkil edir”.

Alimlərin fikrincə, oktyabrın qalan hissəsində güclü maqnit qasırğası proqnozlaşdırılmır.

Bununla yanaşı, Günəşdə partlayış gözlənildiyi qeyd olunur.

Günel Cəlil
Globalinfo.az

Paylaş: