Rusiya-Ukrayna müharibəsi və İran-İsrail qarşıdurmasının ardınca Uzaq Şərq regionunda da proseslər gərginləşir.
Xüsusilə Çinin son günlər Tayvan ətrafında aktivləşməsi diqqət çəkir. Pekinin indiki məqamda yaranmış gərgin vəziyyətdən yararlanaraq adanı işğal etməyi planladığı iddia olunur. Əsasən də ABŞ-ın Yaxın Şərqdəki vəziyyətə başının qarışdığı bir zamanda Çinin Tayvana hücum ehtimalını artırdığı bildirilir.
Mövcud reallıqda Çin Tayvanı ələ keçirə bilmir? Bu halda ABŞ və Qərbin reaksiyası necə olacaq?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu gün dünyada faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir:
“Müxtəlif regionlarda baş verənlər bunu aydın göstərir. Görünən odur ki, proseslərin arxasında Qərb, xüsusilə də ABŞ dayanır. Rusiya Ukrayna vasitəsilə müharibəyə çəkildi, indi isə İran sıxışdırılır.
Perspektivdə növbəti hədəf Çin ola bilər. Yəni Qərbin Ukrayna və İsrail vasitəsilə etdiyini Tayvanın əli ilə təkrarlaması mümkündür. Hərçənd bu, daha çətin olacaq. Çin-Tayvan müharibəsinin başlanması ilə Üçüncü Dünya müharibəsi rəsmən elan edilə bilər. Ancaq bunun yaxın zamanda baş verəcəyini düşünmürəm. Son zamanlarda regionda gərginliyin artmasına baxmayaraq, ən azı ABŞ-dakı prezident seçkilərinə qədər belə bir eskalasiya olmayacaq”.
Bu da maraqlıdır: Gülənin məzarında müəmma: bu görüntü heyrət doğurdu – VİDEO
Turan Rzayev
Globalinfo.az