Dünya dəhşətli günlərin astanasında – Hazırlıqlar başladı

ABŞ-da nüvə silahının Ukraynada mümkün istifadəsi ilə bağlı hazırlıqlara başlanılıb.

Globalinfo.az xəbər verir ki, bunun üçün hətta “kazus belli” (formal səbəb) formalaşdırılması da gündəmdədir.

ABŞ Senatında Rusiyanın Ukraynaya nüvə zərbəsi endirəcəyi halda Kremlin NATO-ya qarşı müharibənin içində olduğunu göstərən qətnamə layihəsi qeydiyyata alınıb.

Qətnamə müəllifləri hesab edirlər ki, nüvə zərbəsi Avropanın böyük hissəsinə radiasiya yayacaq və bunu alyansın müttəfiqlərinə hücum kimi qiymətləndirmək olar.

Tamerlan Yayaqan
Globalinfo.az