Polkovnik qəfil vəfat etdi – FOTO

Dövlət Gömrük Komitəsi Akademiyasının baş mütəxəssisi, gömrük xidməti polkovniki Şəmsəddin Abışov vəfat edib.

Globalinfo.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, 60 yaşlı polkovnik ürək tutmasından dünyasını dəyişib.

Ş.Abışov əvvəllər Azərbaycan ordusunda batalyon komandiri və ordu korpuslarından birində qərargah rəisi kimi xidmət edib.