20190621 pht 55025 original

Fransanın sağçı “Les Patriotes” partiyasının lideri Florian Filippot Avropa Komissiyasının sədri Ursula fon der Leyeni 2027-ci ilin əvvəlində qitədə genişmiqyaslı silahlı münaqişə yaratmaq niyyətində ittiham edib.

Globalinfo.az xəbər verir ki, siyasətçi bu barədə “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib. Onun sözlərinə görə, Brüssel Avropa İttifaqı ölkələrini birbaşa hərbi qarşıdurmaya cəlb edə biləcək hüquqi mexanizm hazırlayır.

O iddia edib ki, gərginliyin artırılması üçün əsas vasitə Ukraynanın Avropa strukturlarına sürətlə inteqrasiyası olacaq. Filippotun sözlərinə görə, plan “Ukraynanın tələsik Aİ-yə qoşulması və “Treaty of Lisbon” çərçivəsində qarşılıqlı müdafiə bəndinin məcburi tətbiqi” yolu ilə həyata keçirilə bilər.

Fransız siyasətçi bildirib ki, bu cür niyyətlər Avropadakı bəzi siyasi dairələrdə narahatlıq və təəccüb doğurub.

Filippot, həmçinin Strasburqda qəbul edilən son qərarlara diqqət çəkib. Onun sözlərinə görə, Avropa Parlamenti Avropa ordusunun yaradılması istiqamətində addımları faktiki olaraq qanuniləşdirən və Ukraynaya uzunmüddətli maliyyə və hərbi öhdəliklər nəzərdə tutan qətnaməyə səs verib.

Siyasətçi sənədi “dəli qətnamə” adlandırıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: