1651783614 xestexanazeher

Gəncədə tələbələr dəm qazından zəhərlənib.

Globalinfo.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən binaların birində baş verib.

Ağdaş rayon sakini 2006-cı il təvəllüdlü S.Məcidova və Şirvan şəhər sakini 2006-cı il təvəllüdlü N.Nərimanova zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstəyə yardım edilib,onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Məlumata görə, gənc qızlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Qeyd edək ki,S.Məcidova və N Nərimanova Gəncə Dövlət Universitetin tələbələridir.

Paylaş: