Gəncədə avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi bilindi

Gəncənin Nizami Gəncəvi prospektində avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub.

Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, BMW markalı avtomobilin vurması nəticəsində ölən piyada Gəncə şəhər sakini Gülağa Zeynalovdur.

Qeyd edək ki, hadisə martın 1-də qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.