df526214 cbaa 4fb4 8cf7 e4bc6a90cf7a

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.

Belə ki, Mehralızadə Saya Vüsal oğlunun idarə etdiyi “Chevrolet” markalı avtomobil İsmayılov Rövşən Sərdar oğluna məxsus “VAZ-2106” markalı maşınla toqquşub.

Toqquşmanın təsirindən “VAZ” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.

Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü Rövşən İsmayılov, onun sərnişini Eldəniz Əbülfət oğlu Məmmədov, həmçinin “Chevrolet”in sürücüsü Saya Mehralızadə və sərnişini, 1996-cı il təvəllüdlü Gülüm İxtiyar qızı Mehralıyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: