“Gecə Trampla danışdım…” – Makrondan qəribə etiraf

1721149081 makron 1

Fransa Prezidenti Emmanuel Makron dünən axşam amerikalı həmkarı Donald Trampla bir neçə dəfə danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Tərəflər Ukraynadakı münaqişənin həllini müzakirə ediblər.

“Gecə Trampla danışdım. Onun 30 gün ərzində qeyd-şərtsiz atəşkəslə bağlı çağırışını alqışlayıram”, – Makron yazıb.

Fransa prezidenti Rusiyanı atəşkəslə razılaşmağa çağırıb:

“Moskva qəbul etməsə, ABŞ-la məsləhətləşəndən sonra, Paris və digər Avropa ölkələri qətiyyətlə cavab verəcək”.

Günay Rəsulqızı
Globalinfo.az