Fransanın yeni homoseksual XİN başçısı: “Ermənistanı dəstəkləyəcəyik”

“Fransa Ermənistana dəstəyini davam etdirəcək”. 

Globalinfo.az xəbər verir ki, bunu Fransanın yeni xarici işlər naziri Stefan Sejourne Parisin Ermənistandakı nümayəndəsi Olivye Dekotiniyə məktubunda qeyd edib.

“Qanuna və ərazi bütövlüyünə hörmət əsasında ədalətli, həmçinin davamlı sülh axtarmaq, eləcə də əhalinin tarixinə və mədəniyyətinə hörmət edərək ləyaqətlə yaşamaq hüququnu təmin etmək lazımdır”, – XİN başçısı bildirib.

Qeyd edək ki, Stefan Sejourne Fransanın yeni təyin olunan baş nazirinin keçmiş sevgilisidir. Homoseksual baş nazirin keçmiş sevgilisini vəzifəyə təyin etməsi müzakirələrə səbəb olmuşdu.

Əliyar Xəlil
Globalinfo.az