Fransa və Ermənistan rəsmiləri bu məsələləri müzakirə etdilər

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan Fransa Xarici İşlər Nazirliyinin Ermənistan-Fransa əməkdaşlığı üzrə koordinatoru Florens Provandierlə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2021-2026-cı illər üçün Ermənistan-Fransa iqtisadi əməkdaşlığının yol xəritəsinin həyata keçirilməsi üzrə gələcək addımları, eləcə də mərkəzləşdirilməmiş əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Tərəflər iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımlardan danışıblar.

Müşviq Tofiqoğlu
Globalinfo.az