fd

Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə NATO-nun Baş katibi Mark Rutte ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutan görüşdə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasına yönəlmiş səylər, Qara dənizin təhlükəsizliyi ilə bağlı məsələlər, 2026-cı ilin iyul ayında Ankarada keçiriləcək NATO-nun Zirvə görüşünə hazırlıq işləri və Türkiyə müdafiə sənayesinin NATO üzvlərinə töhfələri müzakirə edilib.

Paylaş: