Ferhat Göçer yenidən Bakıda – FOTO

Sentyabrın 22-də Heydər Əliyev Sarayında Türkiyənin sevilən müğənnisi Ferhat Göçerin növbəti dəfə konserti təşkil olunacaq.

Sarayın mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.