Fergus Auld Londonda Ceyhun Bayramovla görüşdü

Xarici işlər naziri Ceyhun Bayramovu mühüm səfər çərçivəsində Londonda görməkdən məmnunam.

Globalinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld bildirib.

“Strateji dialoqumuz Böyük Britaniya-Azərbaycan münasibətlərini dərinləşdirir və diqqətimizi gələcək əməkdaşlığa yönəldir. Biz ölkələrimiz üçün əsas təhdidlər və onlarla mübarizə yolları barədə danışdıq”, – deyə diplomat qeyd edib.