660bd988c506a660bd988c506b1712052616660bd988c5068660bd988c5069

İranın Ali lideri Ayətullah Seyid Əli Xameneinin, “Qəzzada atəşkəs razılaşmasına ümid qalmayıb” fikirinə Fələstin administrasiyası sərt reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bəyanatda Xameneinin bu açıqlamasının Fələstin xalqının qanının boş yerə israf edilməsi anlamına gəldiyi bildirib.

“İsraillə müharibənin bədəlini ödəyən, öz qanını axıdan və bu müharibədən ilk təsirlənən Fələstin xalqıdır.  Fələstin xalqı yüz ildir mübarizə aparır. İşğala son qoyulmalı, paytaxtı Şərqi Qüds olan Fələstin dövləti qurulmalı, Fələstinin milli məqsədlərinə xidmət etməyən siyasətlər qəbul edilməməlidir”, – deyə bəyanatda vurğulanıb.

Xatırladaq ki, Xamenei açıqlamasında bildirib ki, müharibə İsrailin ​​öz planını həyata keçirməyə çalışdığı kritik bir məqama gəlib çatıb. Ona görə də, heç kim ümidlərini Qəzzada atəşkəs razılaşmasına bağlamamalıdır.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: