Fazil Mustafaya sui-qəsd: Onu güllələyən şəxs…

Millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə bağlı saxlanan şəxslərlə istintaq hərəkətlərinə başlanılıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, cinayət işi üzrə saxlanılanların Dövlət Təhlükəsizliyi Xidmətində dindirildikləri və ünvanlarda baxış aparıldığı məlum olub.

Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında – Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.