Eyş-işrət məclisi: Gecə 3-ə kimi içən Paşinyan sərxoş olub elə sirləri açdı ki…

Ermənistanın Baş naziri Nikol Paşinyan bu yaxınlarda Dilicanda “Vətəndaş müqaviləsi” partiyasının üzvləri ilə “toplantı” keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Nəşr bu “toplantı”nın səs-küylü şənlik olduğunu yazıb.

Qeyd olunur ki, “məclis” 6 saat davam edib. Paşinyan orada adəti üzrə gələcəklə bağlı “nağıllar” danışıb. Ancaq o bu dəfə Azərbaycanla sülh sazişinin imzalanması üçün vaxt göstərməyib. Dəfələrlə dekabrın sonuna qədər sənədin imzalana biləcəyini söyləyən Paşinyan, bu dəfə “çətin dövrdür” deyərək vaxt göstərməyib. O etiraf edib ki, Ermənistan üçün vacib olan vaxt udmaq və güc toplamaqdır.

Nikol açıq şəkildə etiraf edib ki, İrəvanın Bakı ilə danışıqlarda əsas taktikası vaxt qazanmaqdır.

Şənlikdə çıxış edən deputat Qurgen Arsenyan bildirib ki, Ermənistanın ən böyük səhvi 80-ci illərdə azərbaycanlıları ölkədən qovmaq olub. Bu fikirlər məclisdə qızğın müzakirələrə səbəb olub. Ancaq Paşinyan bu mübahisələrə qarışmayıb. O, təkcə Soros qanadının üzdə olan nümayəndəsi Mariya Karapetyanın çıxışına reaksiya verib. Belə ki, Karapetyan Rusiya ilə münasibətlərin kəsilməli olduğunu deyib. Paşinyan isə bu addımın Ermənistanı çətinliklərlə üz-üzə qoya biləcəyini vurğulayıb.

Məclis iştirakçıları gecə saat 3 radələrinə kimi spirtli içki qəbul ediblər. Məclisə müğənnilər dəvət edilməyib və tamada vəzifəsini Nikol Paşinyan özü icra edib. Əyləncə üçün bütün şərtlər təmin edilib: ziyafət masası, saysız-hesabsız mühafizəçilər, üstəlik, söndürülən kameralar. Hətta ofisiantların belə telefonları yığılıb ki, məclisdən görüntü sızdırılmasın.

Tahir Turan
Globalinfo.az