
ABŞ-ın Miçiqan ştatında bir kişi həyat yoldaşını və altı uşağını güllələyərək öldürdükdən sonra intihar edib.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Hadisə ötən həftə baş verib.
Hakimiyyət orqanları Miçiqan ştatında yanmış evdə iki böyük və altı uşağın meyitinin aşkar edildiyini bildirib.
“Bir sıra ekspertizalardan sonra müstəntiqlər belə qənaətə gəliblər ki, kişi 5-15 yaş arasında olan altı uşağını və həyat yoldaşını öldürdükdən sonra özünə qəsd edib.
Uşaqlardan ikisi övladlığa götürülmüşdü”, – deyə qeyd olunub.
Polis nümayəndəsinin sözlərinə görə, evin bir neçə hissəsində baş vermiş yanğın qəsdən törədilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Əliyar Xəlil
Globalinfo.az