Ermənistanla sülh sazişi bağlansa… – Prezident

“Əgər Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlansa, Cənubi Qafqazda yeni bir siyasi vəziyyət yaranacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatında söyləyib.

“Cənubi Qafqazda hələ sülh tam bərqərar olmayıb. Bunun artıq vaxtı çatıb. Biz Gürcüstanla ölkələrimizin ərazi bütövlüyü və suverenliyini daim dəstəkləmişik. Ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Bu baxımdan Azərbaycanın mövqeyi birmənalıdır. Əgər Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlansa, Cənubi Qafqazda yeni bir siyasi vəziyyət yaranacaq. Bölgə ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər. İndi məqam gəlib çatıb. Bu şansı əldən vermək böyük səhv olar”.