Ermənistanı qarışdıran hadisə: müdafiə naziri ittiham edilir – VİDEO

papikyan0 13

Ötən günlərdə İrəvanda baş verən avtomobil qəzası Ermənistan ictimaiyyətində narazılığa səbəb olub. 

Globalinfo.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə avtomobilin Müdafiə Nazirliyinə məxsus olduğu iddia edilir.

Hətta sürücünün Ermənistanın müdafiə naziri Suren Papikyan olduğu və qəzanı onun törətdiyi deyilir. Sözügedən görüntülər sosial şəbəkələrdə sürətlə paylaşılır və Papikyanın ünvanına ittihamlar səsləndirilir.

Müdafiə Nazirliyi isə məsələyə münasibət bildirərək avtomobildəki şəxsin başqa biri olduğunu qeyd edib. Nazirlik Papikyanın həmin qəza anında öz evində olduğunu vurğulayıb.

Lakin açıqlama ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Qəzanın görüntülərini təqdim edirik:

Ayşən Mustafa
Globalinfo.az