“Ermənistanda vəziyyət Ukrayna ssenarisi ilə inkişaf edir”.
Globalinfo.az xəbər verir ki, bu barədə rusiyalı hərbi müxbir Aleksandr Sladkov bildirib.
“Amerikalıların keçmiş SSRİ ölkəsinə gəlişinin alqoritmi eynidir. Bu bizim dominantlıq etməli olduğumuz meydandır. Niyə Cənubi Qafqazda iflasa uğramış fəaliyyətlərimizə görə cavab verən kimsə yoxdur? Axı Ukrayna ilə də belə oldu. Fikir vermədik, Maydan (2013) oldu, rusları öldürdülər. İndi Ermənistanda da elə olacaq”, – o qeyd edib.