tsr

“Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Tsarukyana qarşı xüsusilə külli miqdarda vergi ödəməkdən yayınma maddəsi ilə cinayət işi başlanıb.

O bu gün Zvartnots hava limanından ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb.

Qeyd edək ki, Qaqik Tsarukyan Ermənistanda keçirilən son parlament seçkilərində namizəd olsa da, cəmi 3,99 faiz civarında səs toplayıb.

Paylaş: