Ermənistandan gələn xəbər Putini qəzəbləndirdi

Ermənistan ciddi problemlərlə üzləşə biləcəyini anlayaraq, Rusiyanın qəzəbini yumşaltmağa çalışır. İrəvan Roma Statutunun ratifikasiyası prosesi ilə bağlı Rusiyadan tövsiyələr aldığını təsdiqləyib və buna cavab verib. Xarici İşlər Nazirliyi söhbətin hansı tövsiyələrdən getdiyinə aydınlıq gətirmir.

Globalinfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni siyasi ekspert Qohar Qabrielyan deyib.

Ekspert xatırladıb ki, Ermənistan parlamenti oktyabrın 3-də statutu ratifikasiya edib:

“Rusiya rəsmiləri bunu müvafiq nəticələri olacaq düşmənçilik hesab edəcəkləri barədə xəbərdarlıq etsələr də, Ermənistan hökuməti geri addım atmadı, statutu təsdiqlədi.

Qeyd edim ki, Beynəlxalq Cinayətlər Məhkəməsi Rusiya Prezidenti Vladimir Putin və bu ölkənin ombudsmanı barəsində axtarış elan edib. Roma Statutunu ratifikasiya edən hər bir ölkə Rusiya prezidentini öz ərazisinə girərsə, həbs etməyə borcludur.

Belə demarşdan sonra Ermənistan indi münasibətləri yumşaltmağa çalışır. XİN bildirib ki, Ermənistan Rusiyanın narahatlığını aradan qaldıra biləcək müvafiq ikitərəfli sazişin bağlanması təklifini verib. Rusiya tərəfdən rəsmi yazılı cavab hələ təqdim olunmayıb. Çox güman ki, təqdim olunmayacaq. Ruslar bunun ilk növbədə hüquqi məsələ olmadığını, sadəcə Paşinyanın şıltaqlığı olduğunu anlayaraq, Roma Statutunun ratifikasiyasından istifadə edərək mövcud rejimə qarşı əlavə cəzalar tətbiq edəcəklər. Ola bilsin ki, bundan daha çox əziyyət çəkən indiki hakimiyyət deyil, Ermənistanın sadə vətəndaşları olacaq”.