Ermənistanda azyaşlı övladına qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən qadının həbsi rezonans doğurub.
Globalinfo.az xəbər verir ki, “Hraparak” qəzeti bununla bağlı müəyyən sualları ortaya atıb.
Belə ki, son məlumatlarda qadının telefonundan çox sayda müvafiq videoların tapıldığı bildirilib. Bu isə öz növbəsində bəzi suallar yaradıb. Çünki Anna Arevşatyan adlı qadın bu videoları satış məqsədi ilə sifarişlə çəkibsə, demək ki, ölkədə uşaq pornoqrafiyası bazarı mövcuddur. Belə olan halda isə qadının hansısa mütəşəkkil cinayətkar dəstənin üzvü olması ehtimalı artır.
Üstəlik, ifadə verən zaman qadının təşviş içində olmasına diqqət çəkən nəşr onun öz dəstəsini ifşa etməkdən qorxa biləcəyini vurğulayıb.