Ermənistanda gözlənilməz nəticə: Paşinyanın əvəzinə Vardanyan seçildi

Ermənistan vətəndaşlarının 42%-i Laçın yolundakı vəziyyətə görə Azərbaycanın məsuliyyət daşıdığını iddia ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Gallup”un Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan yayıb.

Respondentlərin 29%-i Ermənistan hakimiyyətini, 17,2%-i Türkiyəni, 12%-i Rusiya sülhməramlılarını, 8,3%-i Qarabağdakı separatçıları, 10%-i isə bütün dövlətləri Laçın yolundakı vəziyyətə görə günahlandırıb.

Sorğu iştirakçıları həmçinin Laçın yolundakı vəziyyətlə bağlı yaranmış böhran dönəmində Ermənistan və Qarabağdakı siyasətçilərin fəaliyyətini 5 ballıq şkala ilə dəyərləndiriblər. Bu dəyərləndirməyə əsasən, ilk yeri Ruben Vardanyan (3,7) tutub. Ondan sonrakı yerlərdə XİN rəhbəri Ararat Mirzoyan (2,8), Baş nazir Nikol Paşinyan (2,7), spiker Alen Simonyan (2,5), prezident Vaaqn Xaçaturyan (2,3), separatçıların “lider”i Araik Arutyunyan (2,2) qərarlaşıb.

Ermənilərə görə, Laçın yolundakı vəziyyətə ən sərt reaksiyanı məhz Fransa (41,6%) verib. Parisdən sonrakı yerləri İran (25,4%), ABŞ (15,5%), Avropa Birliyi (12,3%) tutub. Siyahıda sonuncu yerdə Rusiya (8,5%) və KTMT (6,4%) qərarlaşıb.

Ermənilərin 49,4%-i məhz Rusiyanın Laçın yolunun açılmasına görə məsuliyyət daşıdığını düşünür.

İlkin Həsənov
Globalinfo.az