Ermənistanda Rusiya telekanallarının yayımı dayandırıla bilər

“Rusiya telekanalları anti-erməni xarakterlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin “Mülki müqavilə” fraksiyasının deputatı Lusine Badalyan “Faktor” telekanalının efirində bildirib.

Badalyanın sözlərinə görə, Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması məsələsi müzakirə olunur.