Ermənistanda Rusiya əsgəri öldü

Bu gün Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Şirak rayonundakı poliqonda keçirdiyi hərbi təlimlər zamanı 22 yaşlı rus əsgəri Roman Şaternikov həlak olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.

Rusiya Silahlı Qüvvələrinin hərbçisi boyun və gövdənin sol nahiyəsindən ölümcül güllə yaraları ilə Gümrü Tibb Mərkəzinə aparılıb.

Tibb işçiləri onu xilas edə bilməyib, yalnız hərbçinin ölümünü təsdiqləməklə kifayətləniblər.