Paşinyan hakimiyyətə gələndə verdiyi sözü tutacaq

Ermənistan Baş naziri Nikol Paşinyan yazda konstitusiya referendumu keçirməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Past” öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, Ermənistan Mərkəzi Seçki Komissiyası bununla bağlı hazırlıqlara başlayıb.

Qeyd edək ki, Paşinyan hakimiyyətə gəldikdən sonra ölkədə konstitusiya dəyişiklikləri vədi versə də, beş ildir bunu həyata keçirə bilmir. Keçən ilin sonunda məhz onun administrasiyası buna görə tənqidlərə məruz qalıb. Erməni mətbuatı yeni referendum sayəsində Paşinyanın ölkəni parlamentli sistemdən yarıprezident sisteminə keçirməyi planlaşdırdığını vurğulayıb. Bu referendumun həmçinin ölkədə baş tutan son struktur dəyişikliklərinin qanunla möhkəmləndirilməsi üçün gərəkli olduğu ehtimal olunur. Bununla belə, Paşinyanın yeni referendumu hakimiyyətini gücləndirmək üçün istifadə edəcəyi təxmin edilir.

Zaira Akifqızı
Globalinfo.az