Ermənistanda maşın kanala düşdü: ölənlər var

Ermənistanın Ararat vilayətinin Vedi şəhərində avtomobilin kanala düşməsi 3 nəfərin həyatına son qoyub.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Shamshyan” nəşrinin məlumatına görə, xilasedicilər avtomobildən 3 nəfərin meyitini çıxarıb, daha birinin axtarışları davam edir.