ermeni esgerler 1423

Ermənistanda məcburi hərbi xidmət müddəti iki ildən ilyarıma endiriləcək.

Globalinfo.az xəbər verir ki, Ermənistan parlamenti bununla bağlı qərarı birinci oxunuşda qəbul edib.

Layihənin lehinə 66 deputat səs verib, 4-ü əleyhinə səs verib, 22-si isə bitərəf qalıb.

Qərar 1 yanvar 2026-cı ildən sonra məcburi hərbi xidmətə çağırılacaq vətəndaşlara şamil olunacaq.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: