1 1

Ermənistan məhkəməsi cümə axşamı saxlanılmış arxiyepiskop Arşak Xaçatryanın həbsinə baxacaq.

Globalinfo.az “Reportt”a istinadla xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Qeyd edilir ki, bununla bağlı İstintaq Komitəsi vəsatət qaldırıb.

Arxiyepiskopun vəkili Arsen Babayanın verdiyi məlumata görə, Eçmiədzin dəftərxanasının rəhbəri Arşak Xaçatryan dekabrın 4-də saxlanılıb. Vəkil qeyd edib ki, müstəntiqlərin məlumatına görə, yepiskop 2018-ci ildə bütün ermənilərin katolikosu II Qareginin istefası tələbi ilə etiraz aksiyası keçirən fəalın çantasına narkotik maddə yerləşdirib.

İddialara görə, Xaçatryan bunu etirazçıları nüfuzdan salmaq üçün edib. Baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra onun bəzi tərəfdarları II Qareginə qarşı “Yeni Ermənistan – Yeni Patriarx” hərəkatını başlayıblar. Lakin təşəbbüs sonra səngiyib. Qeyd edək ki, bu, Ermənistan Kilsəsinin həbs edilən dördüncü yüksək vəzifəli iyerarxıdır.

Hazırda məhkəməyəqədər həbsdə olanlar arxiyepiskop Baqrat Qalstanyan, Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Ajapaxyan və Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtıç Proşyandır.

***19:00

Eçmiədzin dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan narkotik vasitələrin qanunsuz satışı şübhəsi ilə saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Armenia Today” portalına İstintaq Komitəsindən bildirilib.

İlkin istintaq çərçivəsində Ermənistan Cinayət Məcəlləsinin 393-cü maddəsinin 2-ci hissəsinin 1 və 4-cü bəndləri üzrə cinayət işi açılıb – narkotik vasitələrin əvvəlcədən əlbir olan şəxslər qrupu tərəfindən və ictimai yerdə qanunsuz satışı.

Paylaş: