dron

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutan Ermənistan-Xorvatiya matçında Azərbaycana qarşı təxribat qeydə alınıb.

Globalinfo.az “Caliber”ə istinadən xəbər verir ki, İravanda keçirilən görüş zamanı meydança üzərində dron vasitəsilə Qarabağdakı separatçı rejimin “bayrağı” nümayiş etdirilib.

Bu səbəbdən matçda fasilə yaranıb, daha sonra oyun davam etdirilib.

UEFA-nın bayrağı altında keçirilən tədbirdə yaşanan bu təxribata görə Ermənistan Futbol Federasiyasına hansı cəzanı verəcəyi maraqla gözlənilir…

Qeyd edək ki, bu, ermənilərin ilk belə addımı deyil. 2010-cu ildə Luksemburqda Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” matçında da anoloji təxribat baş vermişdi.

Paylaş: