er

Ermənistan üç nazirliyin adını dəyişdirmək istəyir.

Globalinfo.az xəbər verir ki, müvafiq qanun layihəsi hökumət tərəfindən avqustun 6-da təsdiqlənib.

“Xüsusilə, Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin – Yüksək Texnologiyalar Sənayesi və Süni İntellekt Nazirliyi, Əmək və Sosial İşlər Nazirliyinin – Əmək və Sosial Təminat Nazirliyi, Xarici İşlər Nazirliyinin isə –  Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi adlandırılması təklif olunur”, – deyə bildirilib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: