Paşinyan sülh müqaviləsinə mane olacaq prosesə başladı

“Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında Brüsselin vasitəçiliyi ilə yol xəritəsinin hazır olduğunu vurğulayıb. Bir neçə gündən sonra liderlər Brüsseldə bir araya gələcəklər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, artıq Qarabağ münaqişəsi bitib:

“Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətində irəliləyişlər mümkündür, amma İrəvan sülhə hazır deyil, çünki yeni oyun qurub. Azərbaycanı “etnik təmizləmədə” ittiham edərək, siyasi danışıqlarda təzyiq etməyə çalışır. Bu istiqamətdə ayrı-ayrı ölkələrin parlamenti anti-Azərbaycan qətnaməsi qəbul edirlər.

Ermənistan baş naziri bir tərəfdə “etnik təmizləmə” iddiası ilə çıxış edirsə, sülh müqaviləsinin bağlanması mümkün olmayacaq. Ermənistan bu məsələdə absurd yanaşmanı davam etdirəcəksə, Azərbaycan sülh danışıqlarına qatılmayacağını elan edə bilər”.

Turan Rzayev
Globalinfo.az