Ermənistan Rusiyanın hərbi hissəsini satır – Qiymət


Ermənistanın Dövlət Əmlakının İdarəsi Komitəsi Müdafiə Nazirliyinə məxsus daha bir obyekti satışa çıxarıb.

Globalinfo.az xəbər verir ki, satışa çıxarılan obyektin qiymətinin 191 milyon dram (təxminən, 840 min manat – red) olduğu müəyyən edilib.

Maraqlı məqam isə satışa çıxarılan obyektin Rusiyaya məxsus keçmiş hərbi hissə olmasıdır.

Satılacaq obyektin yerində nəyin tikiləcəyi bilinmir.

İlkin Həsənov
Globalinfo.az